Müdafiə Nazirliyinin hərbi liseylərinə namizədlərin qəbulu qaydaları elan olunub
2021-02-28 14:08
Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022-2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Hərbi liseylərə cari il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilir. Namizədlər 2022-ci il aprelin 1-dən aprelin 30-dək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər.
Fərid Mehdiyev