Müdafiə nazirliyi sərhəddəki vəziyyətlə bağlı açıqlama verdi
2020-07-22 10:00
Müdafiə Nazirliyi erməni tərəfinin son açıqlamasını uydurma və dezinformasiya adlandırıb. “Azərbaycan ordusu Tovuz istiqamətində heç bir hücum həyata keçirməyib. Dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşidilib. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib”. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin iddialarını cavablandırarkən belə deyib.
Nərgiz Camal