Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət edib
2021-04-20 14:05
Hərbi qulluqçular dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün nazirliyin nəzdində fəaliyyət göstərən Komissiyaya ərizə, hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü barədə sənəd, məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayışı təqdim edilməlidirlər. Müdafiə Nazirliyinin ev almaq istəyən hərbçilərə müraciətində qeyd olunur ki, komissiya tərəfindən müvafiq araşdırmalardan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan hərbi qulluqçuların sənədləri mənzillə təmin olunma növbəsinə alınması üçün Maliyyə Nazirliyinə göndəriləcək.
Vüsalə camal