Müdafiə Nazirliyi düşmən tərəfinin növbəti təxribat yaydığını açıqlayıb
2020-10-10 12:03
Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır. Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edərək, bildirib ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır.
Nərgiz Camal