Müdafiə nazirinin rəhbərliyi altında qoşun və zirehli texnikanın irimiqyaslı yerdəyişməsi həyata keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib. Qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb.

Vəfa Şairova