Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyev Quru Qoşunlarında olub
2021-03-22 18:12
Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərim Vəliyev Quru Qoşunlarında olub. General-polkovnik Təlim Mərkəzində hərbi qulluqçuların taktiki-xüsusi hazırlığının inkişaf etdirilməsi və müasir döyüş üsullarının praktiki tətbiqi məqsədilə real döyüş şəraitinə uyğunlaşdırılmış təlim nöqtələrinə baş çəkib, dərs prosesinin gedişatını izləyib. Sonra Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirilib. Vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.
Nərgiz camal