Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib
2021-06-04 14:00
Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Qoşunların döyüş qabiliyyətinin daha da artırılması, qarşılıqlı əlaqənin təkmilləşdirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyulub. Nazir bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.
Vüsalə camal