Müdafiə naziri Zakir Həsənov “Efes-2022” beynəlxalq təlimini izləyib
2021-06-09 10:00
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib. Təlimin gecə saatlarında keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib. Təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.
Vüsalə camal