Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub
2021-11-26 12:05
Müdafiə naziri Zakir Həsənov yeni yaradılan əməliyyat hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib. Nazir şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb.
Vüsalə camal