Müdafiə naziri Türkiyənin milli müdafiə nazirinin müavini rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
2021-02-08 14:07
Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini cənab Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İki ölkə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi, strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğu vurğulanıb. Görüşdə həmçinin Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb.
Nərgiz camal