Müdafiə naziri Türkiyə Baş Qərargahının nümayəndə heyəti ilə görüşüb
2021-04-12 12:13
Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Zakir Həsənov Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib. Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Vüsalə camal