Müdafiə naziri Moskvaya səfər edib
2021-11-09 16:09
Müdafiə naziri Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya səfər edib. İclas sabah keçiriləcək. Xarici işlər naziri Ceyhun Bayramov isə Parisə səfər edib. Bayramovun YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Nərgiz camal