Müdafiə naziri işğaldan azad edilən ərazilərdə yaradılan şəraitlə tanış olub
2021-02-09 18:00
Müdafiə naziri Zakir Həsənov işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları, hamam-sanitar qovşağı, yeməkxana, tibb məntəqəsi, idman şəhərciyi mövcuddur. Avtomobil və döyüş texnikasının saxlanma şəraiti ilə tanış olan müdafiə naziri Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını hərbi qulluqçuların diqqətinə çatdırıb.
Nərgiz camal