Müdafiə naziri general-polkovnik və digər rəhbər heyəti yeni tikilən hərbi hospitalın açılışında olub

2019-08-13 12:15

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub. 150 çarpayılıq hərbi hospitalın kimərtəbəli diaqnostika mərkəzində qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek və digər bölmələr yaradılıb.Təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

Ruhəngiz Hacızadə