Müdafiə naziri dövlət sərhədində döyüş mövqelərində olub
2021-06-18 14:00
Müdafiə naziri Zakir Həsənov dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb. Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən general-polkovnik müşahidə məntəqələrində qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb. Həmçinin komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Nərgiz camal