Müdafiə naziri cəbhəboyu zonada hərbi hissənin açılışında iştirak edib
2020-06-19 12:03
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən növbəti yeni hərbi hissənin açılışında iştirak ediblər. Hərbi hissədə inzibati və xidməti binalar inşa edilərək mühafizə və yanğın siqnalizasiyası, həmçinin daxili rabitə sistemləri quraşdırılıb. Binada konfrans zalı, arxiv və digər xidməti iş otaqları istifadəyə verilib, onlar lazımi mebel və avadanlıqlarla təchiz edilib.
Vəfa Şairova