Müəllimlərin sertifikatlaşdırma prosesinin keçiriləcəyi tarixlər açıqlanıb
Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər açıqlanıb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsahibələr 12-13-14-16-17-19 sentyabrda, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək. Bu mərhələyə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.