Müəllimlərin işə qəbulu 1 saata baça çatır

2019-08-14 12:14

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatır. Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələ bu gün saat 13-də yekunlaşacaq. İndiyədək 23 min 609 namizəd vakansiya seçimi mərhələsində iştirak edib, onlardan 12 min 13 namizəd elektron ərizəsində seçdiyi vakant yerləri təsdiqləyib. Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirmə həyata keçiriləcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer müsabiqəyə çıxarılıb.

Vüsalə Camal