Canlı
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi bu gün başa çatır

2018-08-08 / 12:09

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatıb. Namizədlər elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumtəhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçiblər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlayıblar. Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumtəhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin olunub.

Vəfa Şairova