Müəllimlər üçün əlavə yerləşdirmə olub
3-5 sentyabrda müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən namizədlər üçün əlavə yerləşdirmə olub. 4 432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq ediblər. Onlardan 773 nəfəri müsahibə mərhələsinə keçmək hüququ qazanıb. Yerləşdirmənin nəticəsi, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib.
Ruhəngiz Hacızadə