Müəllimlərə təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib
Müəllimlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməyə icazə verilməyəcək. Bundan başqa müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib. Bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.
Zülfiyyə Telmanqızı