Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmdə deyil
2021-12-21 14:09
Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmdə deyil. Təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllimlərin müəyyən bir müddət, 30-35 il çalışdıqdan sonra təqaüdə göndərilməsi məsələsi də müzakirə edilmir. Hazırda müəllimlər 65 yaşına çatdıqdan sonra təqaüdə göndərilir.
Nərgiz camal