Müəllim olmaq istəyənlər üçün onlayn müsahibələr başlayır
2020-02-02 14:07
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib. MS Teams platforması üzərindən həyata keçiriləcək müsahibələr fevralın 5-dən etibarən başlanılacaq. Onlayn müsahibə mərhələsinə 2 948 nəfər dəvət olunub.
Nərgiz camal