Müştərilər bal yarmarkasına çıxarılacaq məhsullar haqqında onlayn şəkildə məlumat öyrənə biləcəklər

2019-09-11 14:49

Müştərilər bu il ilk dəfə 28 sentyabr-18 oktyabrda keçiriləcək bal yarmarkasına çıxarılacaq məhsullar haqqında onlayn şəkildə məlumat öyrənə biləcəklər. “Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın sözlərinə görə, ilk dəfə olaraq satışa çıxarılacaq hər bir məhsulun qabının üzərində ştrix-kod olacaq. Bu kod vasitəsilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq məhsul və istehsalçı barədə məlumatları öyrənə biləcəklər.

Ruhəngiz Hacızadə