Müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb
2021-05-04 16:00
Bakı-Qazax yolunda Müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Hadisə yolun 60-cı km-də qeydə alınıb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib. A.Hüseynovun anası ötən həftə dünyasını dəyişib. Müğənni bu gün səhər saatlarında anasının yas mərasimi üçün getdiyi Gəncə şəhərindən Bakıya qayıdarkən qəzaya uğrayıb. Mərhum sənətçi Gəncə şəhərində dəfn olunacaq
Nərgiz camal