Mövqelərimizin atəşə tutulması barədə məlumatlar əsassızdır
Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik. Müdafiə Nazirliyi vətəndaşları bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırıb.