Məktəblərdə tətil günlərinə dəyişiklik edilib
2021-09-11 14:07
2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində oktyabrın 1-dən, ibtidai təhsil səviyyəsi üzrə sentyabrın 22-dən, ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə sentyabrın 29-dan əyani formada təşkil ediləcək. Baş nazir Əli Əsədovun imzaladığı qərarla, ibtidai təhsil səviyyəsi üzrə tətil günlərindən 16-18 noyabr, 27, 28 yanvar, ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyəti həyata keçirən digər müəssisələrdə 16-19 noyabr, 27, 28 və 31 yanvar dərs günləri hesab edilir.
Nərgiz camal