Məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq - Prezident İlham Əliyev
2020-05-07 14:00
"Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq". Bunu Prezident İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib. "Biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq" – deyə dövlət başçısı vurğulayıb.
Nərgiz Camal