Məşğulluq layihələrindən yararlanmaq üçün vahid qeydiyyat forması istifadəyə verilib
2020-10-16 18:07
Dövlət Məşğulluq Agentliyi məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat anket formasını təqdim edib. Bu sadələşmiş müraciət sistemi məşğulluq mərkəzlərinə getmədən, əlavə vaxt sərf etmədən qısa zamanda məşğulluq layihələrindən faydalanmağa imkan verəcək.
Nərgiz Camal