Lənkəranda qəza olub, 4 nəfər yaralıdır
Lənkəranda Rusiya vətəndaşı, 1964-cü il təvəllüdlü Tərlan Tahirovun idarə etdiyi "Hyundai" markalı avtomobil məhəccərlərə çırpılıb. Sərnişinləri 1960-cı il təvəllüdlü Tamella Tahirova, 1971-ci il təvəllüdlü Aytən Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Fakt araşdırılır.
Vüsalə Cənnətova