Lənkəranda obyektdə yanğın baş verib
Lənkəran şəhərində ümumi sahəsi 100 m² olan ikimərtəbəli obyektin ikinci mərtəbəsinin yanar konstruksiyaları 20 m² sahədə, 3 ədəd kondisioner və 1 ədəd televizor yanıb. FHN-dən verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fərid Mehdiyev