Lənkəranda istirahət mərkəzində yanğın olub
Lənkəran-Lerik yolunun Sivəkəran kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın olub. Hadisə yerinə 3 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Taxta konstruksiyalı ikimərtəbəli 2 kottec, digər ikisində tavan və dam örtükləri və əsas xidməti binanın mətbəx hissəsi tam yanıb. Yanğının digər kotteclərə və meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Yanğının mətbəxdə qısaqapanmadan baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev