Lənkəranda axund məsciddə bıçaqlanıb
Lənkəranın Lüvəsər kənd məscidində kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib. Yaralı Rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.