Lənkəranda 14 kq narkotik vasitə aşkarlanıb
Dövlət Sərhəd Xidmətinin sahil nəzarəti bölmələri Lənkəran reydində, Xəzərin Azərbaycana mənsub bölməsində sahildən 14.2 mil məsafədə lövbərə bağlanmış 3 ədəd kisədə ümumi çəkisi 14 kiloqram 110 qram marixuana aşkar edib. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Vüsalə Cənnətova