Lənkəran sakinləri Yardımlıda 15 kq narkotiklə saxlanılıblar
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədovu "Vaz 2106" markalı avtomobildə saxlayıblar. Nəqliyyat vasitəsindən 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Azad Mustafayev