Los Ancelesdəki soydaşlarımız ermənilərin türk restoranına hücumunu pisləyiblər

2020-11-06 11:06

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Azərbaycan icmasının üzvləri türk restoranına qarşı törədilən zorakılığı pisləyiblər. Noyabrın 4-də Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus restorana hücum edərək, obyekt sahiblərinə xəsarət yetiriblər, əmlaka külli miqdarda ziyan vurublar. Beverli Hils polisi hadisəni araşdırır. Türkiyənin baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olub. FOX, ABC kanalları və digər mətbuat orqanları Pakistan icması rəhbərlərinin də qatıldığı həmrəylik tədbirini işıqlandırıblar.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik