Los Ancelesdə Ermənistanın törətdiyi cinayətlərlə bağlı film təqdim edilib

2021-04-02 12:00

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə həsr olunmuş ingilis dilində film hazırlanıb. Filmdə ümumilikdə 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən hər bir kənd və şəhərin yerlə-yeksan edildiyi, 67 məsciddən 63-nün təhqir edilərək dağıdıldığı, o cümlədən 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzeyin məhv edildiyi vurğulanır. Ermənistanın həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirdiyi və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyi diqqətə çatdırılır. Sonda səbəbkarların bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu bildirilir. Film qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik