Londonda ermənilərin Gəncəni atəşə tutması qətiyyətlə pislənilib
2020-10-16 18:05
Böyük Britaniyadakı Azərbaycan diasporu Londonda “Amnesty İnternational” təşkilatının binası önündə icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son qoy!” kimi şüarlar səsləndirilib.
Nərgiz Camal