"Liverpul"un futbolçusu Nabi Keyta da koronavirusa yoluxub
2020-10-12 10:09
"Liverpul"un futbolçusu Nabi Keyta da koronavirusa yoluxub. 25 yaşlı yarımmüdafiəçi Qvineya millisinin düşərgəsində olarkən test verib və onda virus aşkarlanıb. Millinin daha 4 futbolçusunun da testi müsbət olub. "Liverpul"da daha əvvəl Sadio Mane, Tiaqo Alkantara və Xerdan Şakirinin virusa yoluxduğu açıqlanmışdı.
Vüsalə Camal