Liverpulun azarkeşləri Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin transferi üçün aksiyaya start veriblər
2021-03-08 16:09
Liverpulun azarkeşləri Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappenin transferi üçün aksiyaya start veriblər. Onlar hesab edirlər ki, dünyada 100 milyona yaxın "Liverpul" azarkeşi var və onların hərəsi 2,5 funt sterlinq ianə etsələr, fransalı hücumçunun keçidi üçün tələb olunan təzminat məbləği tamamlanacaq. İndiyədək 2 300 funt sterlinq vəsait toplanılıb. "Transfermarkt" saytı 23 yaşlı forvardın qiymətini 180 milyon avro göstərir.
Vüsalə Camal