"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb
2020-02-01 12:01
"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. 29 yaşlı hücumçu çempionatda 90-cı qolunu vuran 5-ci afrikalı oyunçu olub. Salah XXI turda "Vest Hem"i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib. Məhəmməd Salah "Liverpul"da 2017-ci ildən çıxış edir.
Nərgiz camal