"Liverpul" 8 qolun vurulduğu oyunda "Çelsi"yə qalib gəlib
2020-07-23 10:09
İngiltərə Premyer Liqasında 37-ci tura 2 oyunla yekun vurulub. İlk "dördlük"də qərarlaşan "Mançester Yunayted" öz meydanında gözlənilmədən "Vest Hem"in müqavimətini qıra bilməyib. Güclü rəqibi ilə bərabərə qalan London təmsilçisi Premyer Liqadakı yerini təmin edib. Mərkəzi qarşılaşmada "Çelsi" çempion "Liverpul"un qonağı olub. Çempionlar Liqasına vəsiqəni hədəfləyən paytaxt klubu 8 qolun vurulduğu görüşdə meydanı məğlub tərk edib. "Liverpul" – 5: "Çelsi" -3.
Vəfa Şairova