2020-12-02 18:05
Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycanın işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Aparılan araşdırmalarla Livan vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycanın işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb. Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Araşdırmalar davam edir.
Nərgiz Camal