Livanın paytaxtı Beyrutda partlayış baş verib
2020-10-10 10:01
Livanın paytaxtı Beyrutda əhalinin sıx məskunlaşdığı Tarik Cadid məhəlləsində yanacaq-sürtkü materialları anbarında güclü partlayış baş verib. Nəticədə 4 nəfər ölüb. 50-dən çox insan yaralanıb. Bu barədə məlumatı Livan Qırmızı Xaç Təşkilatı da təsdiqləyib. Sakinlər ərazilərdən təxliyyə olunub.
Fərid Mehdiyev