Litva Azərbaycanın Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir
Litva Azərbaycanın Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndirir. Bu fikirlər Litva Prezidenti Gitanas Nausedanın Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb. Litva lideri sərhədlərin delimitasiyası ilə bağlı əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışladığını bildirib.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun da ölkəmizin milli bayramı ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib.
Azad Mustafayev