Leysan yağışlar Göyçay, Mingəçevir və Yevlaxda fəsadlar törədib
Dünən gecə saatlarından başlayan leysan yağışları və güclü külək Göyçayda fəsadlar törədib. Ağacları aşırıb, bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub. Külək və yağış digər kəndlərdə də divarların uçmasına və yararsız hala düşməsinə səbəb olub. Artıq bir çox ərazilərə elektrik enerjisinin verilməsi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri isə Mingəçevir və Yevlaxda selin törətdiyi fəsadların aradan qaldırılmasına cəlb olunub. Su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər görülüb, o cümlədən, köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib.
Fərid Mehdiyev