Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeronun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub. O, bu barədə “İnstaqram” hesabında paylaşım edib. Leyla Əliyeva müəssisənin işçi heyəti və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlara göstərilən qayğı və yaşayış şəraiti ilə tanış olub.
Fərid Mehdiyev