Leyla Əliyeva Yevlaxda səfərdədir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, 2024-cü ilin yanvarında köhnə bina sökülüb, yerində 528 şagird yerlik yeni məktəb tikilib. Binada müasir tədris otaqları, laboratoriyalar, kitabxana, yeməkxana və idman zalı fəaliyyət göstərir.Leyla Əliyeva daha sonra Yevlax Cümə məscidini ziyarət edib, burada ibadət üçün yaradılmış şəraitlə tanış olub. Məscidin imamı bildirib ki, ibadət ocağı 1998-ci ildə istifadəyə verilib və eyni vaxtda təxminən 600 nəfəri qəbul edə bilir. Səfəri çərçivəsində Leyla Əliyeva "Gənc arıçı" layihəsinin iştirakçısı, Vətən müharibəsi veteranı Süleyman Süleymanovun ailəsini ziyarət edib.Görüş zamanı arıçılıq təsərrüfatının fəaliyyəti ilə maraqlanılıb, layihənin inkişaf perspektivləri müzakirə olunub. Qeyd edək ki, "Gənc arıçı" layihəsi gənclərin məşğulluğunun artırılması, arıçılığın inkişafı və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə həyata keçirilir.

02 iyul 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik