Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi ilə maraqlanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb. Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb, onlara hədiyyələr təqdim edib.