Leyla Əliyeva BMT rəsmiləri ilə ekoloji əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının icraçı katibi Yasmin Fuadla görüşüb. Görüşlərdə ətraf mühitin qorunması, biomüxtəlifliyin mühafizəsi, quraqlıq və səhralaşmaya qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən panel müzakirəsində isə Xəzər dənizində su səviyyəsinin enməsi və bunun ekoloji nəticələri diqqət mərkəzində olub.
16 iyun 2026

